“Brayton”un sabiq baş məşqçisi Qana yığmasında
Kris Hyüton futbol üzrə Qana milli komandasının yeni baş məşqçisi təyin edilib. Msport.az xəbər verir ki, irlandiyalı mütəxəssisin məşqçilər korpusuna Corc Boatenq və Mas-Ud Didi Dramani daxil olacaq. Onlar əvvəlki məşqçi Otto Addo ilə birgə işləyiblər.
Addo DÇ-2022-dəki uğursuz nəticələrdən sonra istefaya göndərilib. Müqavilənin müddəti və detalları açıqlanmayıb.
64 yaşlı mütəxəssis daha öncə “Nottingem Forest”, “Brayton”, “Norviç Siti”, “Nyukasl” kimi klublarda işləyib.
ANAR ABDULLAYEV







