featured-image-24927

Fernando Batista Venesuela millisinin yeni baş məşqçisi təyin edilib.

Msport.az xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyası məlumat verib. Argentinalı mütəxəssislə 3,5 il müddətinə – DÇ-2026-ya qədər müvaqilə imzalanıb. O, bu postda Xose Pekermanı əvəzləyib.

52 yaşlı Batista 2021-ci ildən Venesuela yığmasında köməkçi məşqçi kimi çalışırdı. Cənubi amerikalı həm də, ölkənin gənclərdən ibarət milli komandasını da çalışdırıb.

Venesuela millisi Cənubi Amerika Futbol Konfederasiyasının dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən yeganə komandasıdır.

Bənzər xəbərlər