featured-image-25050

Ekvador yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Feliks Sançes çalışdıracaq.

İspaniyadan olan 47 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Onun qarşısına qoyulan hədəf də bəllidir. Yeni baş məşqçi komandanı DÇ-2026-ya aparmalıdır.

Xatırladaq ki, Sançes son olaraq Qətər yığmasını çalışdırıb. O, DÇ-2022-dən sonra bu komandadan ayrılmaq məcburiyyətində qalmışdı. Sançes Ekvador yığmasında Qustavo Alfaronu əvəz edib.

Bənzər xəbərlər