featured-image-63654

Almaniya millisinin idman direktoru Rudi Föller ilə müqavilənin müddəti uzadılıb.

Msport.az xəbər verir ki, 64 yaşlı mütəxəssislə yeni sözləşmə AVRO-2028-in sonuna qədər qüvvədə olacaq. Əvvəlki kontraktın müddəti 2026-cı ilin yayında bitməli idi.

Föller 2023-cü ildən Bundestiminin direktorudur. O, bu vəzifədə Oliver Berhoffu əvəzləyib.

Futbolçu kimi Almaniya millisində 90 oyun keçirən Föller 1990-cı ildə dünya çempionu olub. O, məşqçi kimi milli komandanı 2002-ci il dünya çempionatının finalına çıxarıb.

Bənzər xəbərlər