Millidə baş məşqçi istefası
Futbol üzrə Tunis millisi baş məşqçisi Jalel Kadri ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bu barədə mətbuat konfrasında bildirib.
Kadri Afrika Millətlər Kubokundakı uğursuzluğa görə istefa verib. O, yığmadakı missiyasının başa çatdığını söyləyib.
Qeyd edək i, Tunis millisi E qrupunu 2 xalla sonuncu pillədə başa vurub. Komanda Kadrinin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirak edib.