Millidə yeni baş məşqçi
Kreyq Bellami Uels millisinin yeni baş məşqçisi təyin olunub.
Msport.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
48 yaşlı mütəxəssin müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. O, bu postda Rob Peyci əvəzləyib.
Qeyd edək ki, Kreyq Bellami 1998-2013-cü illər aralığında Uels millisinin formasını geyinib.