featured-image-54503

Bosniya və Herseqovina millisinin və İngiltərənin “Şeffild Yunayted” komandasının futbolçusu Anel Ahmedhodziç yığmadan kənarlaşdırılıb.

Msport.az xəbər verir ki, daha əvvəl müvəqqəti olaraq millidə oynamaqdan imtina edən 26 yaşlı müdafiəçi yığmanın həkimlərini tənqid etdiyi üçün diskvalifikasiya olunub.

Milli komandanın texniki direktoru, sabiq futbolçu Emir Spahiç də futbolçunun bu hərəkətini pisləyib.

Qeyd edək ki, Anel Ahmedhodziç Bosniya və Herseqovina millisinin heyətində 24 matçda 1 qolla yadda qalıb.

Bənzər xəbərlər