Millimiz dünya çempionatının pley-offuna yüksəldi
Azərbaycanın 23 yaşadək minfitbolçulardan ibarət millisi Xorvatiyada keçirilən dünya çempionatının pley-off mərhələsinə yüksəlib..
Msport.az xəbər verir ki, komanda bu gün Slovakiya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:2. Beləliklə, milli pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.







