featured-image-38241

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Estoniya ilə üz-üzə gəlib.

Tallində gerçəkləşən qarşılaşma yığmamızın 2:0 heaablı qələbəsi ilə başa çatıb.

F qrupunun digər matçında Avstriya Belçikanı qəbul edəcək. Bu oyun saat 22:45-də başlayacaq.

AVRO-2024, seçmə mərhələ

VI tur

20:00. Estoniya – Azərbaycan – 0:2

Qollar: Toral Bayramov, 9. Ramil Şeydayev, 45+4 (pen.)

Baş hakim: Robert Şröder.

Tallin. “Le Koq Arena”.

Bənzər xəbərlər