featured-image-74534

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək.

Msport.az xəbər verir ki, fevralın 8-dək Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində U-19 fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır. U-19-a aşağıdakı futbolçular çağırılıb:

 

Qapıçılar: Nərgiz Ağaliyeva, Bədriyyə Mavludova (hər ikisi “Şəfa”), Firuzə Bayramova (“Dirçəliş”);

Müdafiəçilər: Məsumə Nəzərli (“Neftçi”), Arzu Cəfərova, Yelizaveta Vaysman (hər ikisi “Şəfa”), Aygün Novruzova (“Sabah”), Pərişan Abdullayeva, Aysel Cumayeva (hər ikisi “Liman”);

Yarımmüdafiəçilər: Ülviyyə İslamova (“Baku Juniors”), Arzu Ağaliyeva, Mədinə Qədiməliyeva (hər ikisi “Şəfa”), Vahidə Əlipaşayeva (“Dirçəliş”), Səma Əsədova (“Sabah”), Mədinə Curuqova, Ayşən Salamzadə (hər ikisi “Neftçi”);

Hücumçu: Xanım Əsədova (“Neftçi”).

Bənzər xəbərlər