Millimiz son oyunda liderlə qarşılaşır
Futzal üzrə Azərbaycan millisi bu gün AVRO-2026-nın əsas mərhələsində son oyununa çıxacaq.
Msport.az xəbər verir ki, 5-ci qrupda yer alan millimiz lider Xorvatiyanı qəbul edəcək.
Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Son tur öncəsi keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Xorvatiya 15 xalla birinciliyi təmin edib. Yığmamızın isə aktivində 2 xal var.