featured-image-54687

Türkiyənin Ərzurum şəhərində “Türk Dövlətləri U-16 futbol turniri” keçiriləcək. Msport.az Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, oktyabrın 1-dən 6-dək təşkil olunacaq yarışda meydan sahibləri ilə yanaşı Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və qonaq qismində Gürcüstan komandaları mübarizə aparacaq.

16 yaşlılardan ibarət milli komandamız A qrupunda Türkiyə və Türkmənistan seçmələri ilə bir qrupda çıxış edəcək. Yığmamız oktyabrın 2-də Türkmənistan, oktyabrın 4-də isə Türkiyə yığmaları ilə qarşılaşacaq. Yarışda ölkəmizi Aqil Nəbiyevin rəhbərlik etdiyi U-16 yığması təmsil edəcək.

Oktyabrın 6-da final, 3-cü yer və 5-ci yer uğrunda oyunlar keçiriləcək. Turnirin görüşləri İüksək İrtifa Kamp Mərkəzində olacaq.

 

Bənzər xəbərlər