Millimiz Türkiyədə təlim-məşq toplanışı keçəcək
Çimərlik futbolu üzrə Azarbaycan milli komandası sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.
Msport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək. Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Milliyə dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.
Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.