Millimiz Yunanıstan qarşısında: Bütün oyunlarda qələbə
Futzal üzrə Azərbaycan millisi AÇ-2026-nın əsas mərhələsində bu gün üz-üzə gələcəyi Yunanıstan yığması ilə indiyə qədər 5 dəfə qarşılaşıb.
Msport.az xəbər verir ki, millimiz həmin matçların hamısında rəqibini məğlub edib.
İstər DÇ-2000-in, istər AÇ-2022-nin, istərsə də DÇ-2024-ün seçmə mərhələsində komandamız rəqibə heç bir şans verməyib.
DÇ-2000 (seçmə mərhələ – Xorvatiya)
29.02.2000. Yunanıstan – 8:3
AÇ-2022 (seçmə qrup mərhələsi)
02.02.2021 Yunanıstan – Azərbaycan 0:3
14.04.2021 Azərbaycan – Yunanıstan 4:0
DÇ – 2024 (əsas seçmə mərhələ – ev-səfər oyunları)
11.10.2022 Yunanıstan – Azərbaycan – 0:7
03.03.2023 Azərbaycan – Yunanıstan 5:2
Qeyd edək ki, bu gün Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.