Futzal millimiz Yunanıstanla heç-heçə etdi
Futzal üzrə Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, 5-ci qrupda yer alan komandamız üçüncü qarşılaşmasında Yunanıstanla üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Yığmamızın heyətində ilk qola 1-ci dəqiqədə Oktay Rüstəmli imza atıb. 39-cu dəqiqədə isə qonaqların oyunçusu avtoqol müəllifi olub.
Bununla Vitali Borisovun yetirmələri qrupda 2-ci xallarını qazanıblar. Futzalçılarımız növbəti oyununu martın 11-də səfərdə Yunanıstana qarşı keçirəcəklər.