featured-image-29973

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığmasının qapıçısı Haynts Lindnerdə onkoloji xəstəlik aşkarlanıb.

Msport.az xəbər verir ki, 33 yaşlı qolkiperə prostat xərçəngi diaqnozu qoyulub.

Xəstəlik ilkin mərhələdə olduğundan uğurlu əməliyyatla qarşısını vaxtında almaq mümkün olub.

Qeyd edək ki, Haynts Lindner bu ilin martında evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri matçda Avstriyanın qapısını qoruyub. O, İsveçrənin “Sion” klubunda çıxış edir.

Bənzər xəbərlər