Millimizin futbolçusu Bundesliqada debüt etdi
Azərbaycanın qadınlardan ibarət milli komandasının müdafiəçisi Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib.
Msport.az xəbər verir ki, onun yeni klubu “Hamburq” XVI turda “Frayburq”la qarşılaşıb.
Mirzəliyevanın komandası bu görüşdə məğlub olub – 0:2. O, meydana start heyətində çıxıb.
Qeyd edək ki, “Hamburq” hazırda 10 xalla 12-ci pillədədir.







