featured-image-83588

“Şamaxı”nın və Azərbaycan millisinin futbolçusu Edqar Adilxanov Belçikanın “Gent” klubuna mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Msport.az xəbər verir ki, futbolçu bu barədə nə klub rəhbərliyi, nə də agenti ilə danışdığını açıqlayıb.

Adilxanov məlumatın yanlış olduğunu vurğulayıb: “Mən də həmin xəbərləri görmüşəm. Amma klubla bu mövzuda danışmamışam. Agentim də mənə heç nə deməyib. Onun belə bir təklifdən xəbəri yoxdur”.

Bənzər xəbərlər