featured-image-74649

Niderland kubokunda 1/4 final oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb.

Matç Kökçün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ozan Can meydan start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib.

Niderland kubokunda 1/4 final bir oyundan ibarətdir. Buna görə də “Volendam” kubokla vidalaşıb.

Bənzər xəbərlər