featured-image-52277

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HİK klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk matçını keçirib.

Mspor.az xəbər verir ki, Helsinki təmsilçisi doğma azarkeşlər önündə Monteneqronun “Deçiç” komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Finlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb. O, 67-ci dəqiqədə əvəzlənib.

Bənzər xəbərlər