Millimizin futbolçusu oynadı, komandası qələbə qazandı
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” Cənubi Koreya çempionatında növbəti görüşünə çıxıb.
Msport.az xəbər verir ki, komanda XXIX turda “Qvanqyu” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Anton meydana start heyətində çıxıb və sona qədər oynayıb.
“Daejeon” 31 xalla 9-cu pillədədir.