featured-image-56259

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” Polşa liqasında növbəti matçına çıxıb.

Msport.az xəbər verir ki, XII tur çərçivəsində baş tutan görüşdə komanda “Puşa”nı qəbul edib.

Oyun “Radomyak”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Məmmədov meydana start heyətində yer alıb. Millimizin müdafiəçisi oyunu əvəzlənmədən keçirib.

Qeyd edək ki, aktivində 12 xal olan “Radomyak” turnir cədvəlində 18 komanda arasında 13-cüdü.

Bənzər xəbərlər