Millimizin futbolçusu “Zirə”də!
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadəni transfer edib.
Xorvatiyanın “Varajdin” klubuna məxsus 24 yaşlı oyunçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, Rüfət Abdullazadə yayda “Varajdin”lə 3 illik müqavilə bağlayb. O, bu müddətdə meydana çıxdığı 10 oyunda 1 qol vurub və 2 qol ötürməsi edeib.







