featured-image-60750

Azərbaycan millisinin sabiq həndbolçusu İranə Yaqubova narkomaniyadan əziyyət çəkir.

Msport.az xəbər verir ki, bu barədə tanınmış bloger Nail Kəmərli məlumat verib.

Yığmanın keçmiş kapitanı 4 ildir narkotik maddələr qəbul edir. Düşdüyü vəziyyətə görə peşman olan 33 yaşlı veteran oyunçu qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək.

O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.

Qeyd edək ki, İranə Yaqubova hücumçu mövqeyində çıxış edib. O, gənc yaşlarında sərgilədiyi oyunla ulduzlaşıb. Hətta Avropa “Challenge Cup” turnirnin bombardirlərindən də olub.

Bənzər xəbərlər