Millimizin oyununda fransalı hakimlər
Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Azərbaycan (U-21) – Serbiya (U-21) matçının təyinatları bəlli olub.
Msport.az xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.
qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək.
Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 10-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.