featured-image-25487

Avro-2024-ün seçmə mərhələsində millimizin rəqibi olan Belçika yığmasının heyəti açqlanıb. Msport.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko 24 futbolçuya dəvət göndərib. Belçikalılar martın 24-də İsveç, 27-də isə Almaniya ilə üz-üzə gələcək. Almaniya ilə görüş yoldaşlıq oyunudur.

Bu oyunlar Tedesko üçün millinin baş məşqçi postunda debüt olacaq. O, bu postda dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib. Belçika seçməsi mundialda qrupdan çıxa bilməmişdi.

Tedesko Kurtua, Kevin de Brüyne, Lukaku, vertongen kimi liderlərə dəvət göndərib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər