featured-image-20447

Bu gün Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki daha bir rəqibi yoxlama oyununda qüvvəsini sınayıb.

Msport.az xəbər verir ki, İsveç millisi Portuqaliyadakı təlim-məşq toplanışı çərçivəsində İslandiya yığması ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı oyun İsveç yığmasının əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 30-cu dəqiqədə İslandiya yığmasından Sveydn Qudyonsen açıb. İsveçlilər 85-ci dəqiqədə Elias Anderssonun qolu ilə tarazlığı bərpa ediblər. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yakob Ondreyka qoyub.

Xatırladaq ki, bu gün millimizin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən Estoniya yığması da Finlandiyanı 1:0 hesabıyla məğlub etmişdi.

Azərbaycan millisi seçmə mərhələdə F qrupunda Estoniya və İsveçlə yanaşı, Belçika və Avstriya ilə də mübarizə aparacaq.

Bənzər xəbərlər