featured-image-26395

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığmasının məşqçilər heyətində gözlənilməz istefa gerçəkləşib.

Msport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın qapıçılar üzrə məşqçisi Robert Almer vəzifəsindən ayrılıb.

O, rəhbərliyə müraciət edərək, başqa hədəflərinin olduğunu, artıq bu postda çalışa bilməyəcəyini açıqlayıb. 39 yaşlı mütəxəssisin qərarına hömətlə yanaşan federasiya onun istefasını qəbul edib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk turunda Avstriyaya 1:4, növbəti turda isə İsveçə 0:5 hesabı ilə uduzub.

Cahid

Bənzər xəbərlər