Millimizin rəqibinin baş məşqçisi "Napoli"də - RƏSMİ
İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi bəlli olub.
Msport.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Slovakiya millisinin sükanı arxasında olan Françesko Kaltsona hazırkı ölkə çempionunda da işləyəcək. 55 yaşlı mütəxəssis mövsümün sonuna qədər komandada çalışacaq. O, yığmadakı vəzifəsinə də davam edəcək. Yerli assosiasiya Kaltsonanın müqaviləsini də 2025-ci ilin sonunadək uzadıb.
Kaltsona “Napoli”də Valter Madzarrini əvəzləyib.
Qeyd edək ki, Françesko Kaltsona 2022-ci ildən Slovakiya millisinin “sükanı arxasındadır”. Slovakiya seçməsi UEFA Millətlər Liqasının qrup mərhələsində yığmamızın rəqiblərindən biridir.







