Millimizin rəqibinin düşərgəsində gərginlik
AÇ-2024-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasında gərginlik yaşanır.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, qapıç Tibo Kurtua baş məşqçi Domeniko Tedesko ilə yola getmir.
“Real”ın qolkiperi bazar günü axşam Tübizadakı oteldə millinin iclasına qatılmayıb. Onun bu hərəkəti komanda yoldaşlarının təəccübünə səbəb olub.
31 yaşlı futbolçu Avstriya ilə oyunda (1:1) millinin qapısını qoruyub. O, iyunun 20-də Estoniya ilə görüşdə də meydana çıxmalı idi.
“Het Laatste Nieuws” nəşrinin yazdığına görə, Kurtua zədəli Kevin de Brüynenin yoxluğunda kapitan sarğısının Romelu Lukakuya verilməsindən narazı qalıb. Qapıçının heyətdəki rotasiyalardan da narazı olduğu deyilir.
Mənbənn sözlərinə görə, Estoniya ilə qarşılaşmada Mats Zels qapıda olacaq.
ANAR ABDULLAYEV







