featured-image-29050

Bədii gimnastika üzrə milli komandamızın sabiq üzvü Samirə Mustafayevə vergilərdən yayınmaqda və “çirkli” pulların “yuyulmasında” ittiham olunur. Msport.az xəbər verir ki, hazırda daha çox bloqer kimi tanınan sabiq idmançı Rusiyada bir neçə nəfərlə birgə “qara siyahıya” düşüb.

Əgər o, vergi borclarını tam şəkildə ödəsə, üzərindən bütün ittihamlar götürüləcək.

Mustafayevanın atası Gəncədə anadan olub, daha sonra ailə Sankt-Peterburqa köçüb. Yığmamızın sabiq üzvü də bu şəhərdə dünyaya gəlib.

O, beş yaşından gimnastika ilə məşğul olmağa başlayıb və daha sonra Azərbaycan yığmasına cəlb olunub. Onun məşqçiləri Dinara Gimatova ilə Aliyə Qarayeva olsa da, daha çox Moskvada yaşayıb və İrina Viner-Usmanovanın rəhbərliyi altında hazırlıq keçib. Mustafayeva Bakıya yalnız yarışlar vaxtı gəlib.

O, millimizin heyətində dünya çempionatının bürünc medalını qazanıb. Sonuncu dəfə 2018-ci ildə Bakıya gəlib.

Mustafayevanın Rusiyanın bir neçə şəhərində şıxsi biznesi var. Onu sosial şəbəkələrdə 778 mindən çox adam izləyir.

AYXAN

 

media-150405_5

media-img_2863-683x1024

media-150405_7

media-150405_6

media-image_750x_644eba0eb29d7

 

Bənzər xəbərlər