Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Futbol üzrə Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tejon Xana Sitizen” səfərdə “Qvanqyu”nun qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
36 turdan sonra 42 xal toplayan “Tejon Xana Sitizen” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.