featured-image-45864

Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tejon Xana Sitizen” səfərdə “İnçeon”un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi 70-ci dəqiqədə meydana daxil olub.

4 turdan sonra 2 xal toplayan “Tejon Xana Sitizen” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər