Millimizlə oyuna “Liverpul”un futbolçusu kimi gələ bilər
“Bornmut”un futbolçusu Miloş Kerkez karyerasını “Liverpul”da davam etdirməyə hazırlaşır.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, İngiltərə klubu 21 yaşlı müdafiəçinin transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Macarıstan millisinin üzvünün özü ilə sözləşmənin şəxsi şərtləri razılaşdırılıb.
Kerkez artıq iyunun 10-da Azərbaycan millisi ilə Bakıdakı yoldaşlıq oyununa “Liverpul”un futbolçusu kimi gələ bilər.