Millimizlə oyundan sonra yığmadakı karyerasını bitirdi
Almaniyanın “Maynts 05” klubunda çıxış edən Karim Onisivo Avstriya yığmasındakı karyerasını başa vurub.
Msport.az xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.
Onisivo şəxsi səbəblərə görə bu addımı atdığını bildirib. O, bütün fikrini ailəsinə və klubuna yönəltmək istədiyini vurğulayıb: “Mən azarkeş kimi millinin oyunlarını izləməyə davam edəcəyəm. Onların Avropa çempionatında uğurlu olacağına ümid edirəm”.
Qeyd edək ki, 2015-ci ildən milliyə dəvət alan Karim Onisivo oktyabrın 16-da komandasının Bakıda yığmamıza 1:0 hesabı ilə qalib gəldiyi AVRO-2024-ün seçmə mərhələ oyununu zədə səbəbindən buraxıb. Avstriya məhz həmin qarşılaşmadan sonra final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Forvard evdə yığmamızı 4:1 hesabı ilə məğlub etdikləri I turun matçını isə ehtiyat oyunçular skamyasından izləyib.