featured-image-38651

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt Avro-2024-dən sonra postunu tərk edə bilər.

Msport.az xəbər verir ki, İngiltərə Futbol Assosiyasiyası 53 yaşlı mütəxəssisin postunda qalacağına şübhə ilə yanaşır. Bu səbəbdən də onlar indidən yeni namizədlərin axtarışına çıxıblar.

Ən real namizəd isə “Nyukasl”ın baş məşqçisi Eddi Xaudur.

Qeyd edək ki, İngiltərə yığması vaxtından əvvəl AÇ-2024-ə vəsiqəni təmin edib.

Bənzər xəbərlər