Millinin baş məşqçisi ilə müqavilə uzadılacaq
İngiltərə Futbol Assosiasiyasının milli komandanın baş məşqçisi ilə bağlı planı bəlli olub.
Msport.az xəbər verir ki, Qaret Sautqeytlə yeni müqavilə imzalanması planlaşdırılır.
Qurum rəhbərliyi indiki baş məşqçini DÇ-2026-nın sonuna qədər postunda saxlamaq istəyir. 56 yaşlı mütəxəssisin indiki müqaviləsi 2024-cü ilin dekabrında başa çatacaq.
Qeyd edək ki, Sautqeyt 2016-cı ildən yığmaya rəhbərlik edir. İngiltərə millisi onun rəhbərliyi altında AVRO-2020-nin gümüş, Millətlər Liqası-2019-un bürünc mükafatçısı olub.