Millinin baş məşqçisi ilə yeni müqavilə
Albaniya millisinin baş məşqçisi Silvinyonun müqaviləsinin müddəti uzadılıb.
Msport.az xəbər verir ki, Albaniya Futbol Federasiyası bu barədə qərar verib.
Onunla yanaşı, köməkçiləri Pablo Xavber Zabaleta və Doriva ilə sözləşmə yenilənib. Yeni sazişin müddəti 2025-ci ilin dekabrına qədərdi. Millinin qarşısında 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq vəzifəsi durur.
Qeyd edək ki, Albaniya yığması Almaniyada keçirilən Avropa çempionatının final mərhələsində iştirak edib