featured-image-19551

Futbol üzrə Yaponiya millisinin baş məşqçisi Moriyasu Hadzimenin müqaviləsinin müddəti uzadılıb.

Msport.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

Xatırladaq ki, Hadzime 2018-ci ildəki dünya çempionatından sonra yığmanın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında Qətərdəki mundialda 1/8 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

Bənzər xəbərlər