Millinin baş məşqçisi ilə yollar ayrıldı
Avstraliya millisi baş nəşqçisi Qrem Arnold ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
61 yaşlı mütəxəssis 2018-ci ilin iyulundan bu milliyə rəhbərlik edir. O, komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarıb. Burada komanda 1/8 finalda Argentinaya uduzub.
Qeyd edək ki, Avstraliya DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).