Millinin baş məşqçisi istefa verdi
Danimarka millisinin baş məşqçisi Kasper Yulmann istefa verib.
Msport.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Danimarka millisi Kasper Yulmannın rəhbərliyi ilə son Avropa çempionatında ev sahibi Almaniya seçməsinə 1/8 finalda uduzaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki, 52 yaşlı məşqçi 2020-ci ildən Danirmarka yığmasına başçılıq edirdi.