featured-image-50401

ABŞ-də təşkil olunan Amerika Kubokunun 1/4 finalında Argentina millisinə penaltilər seriyasında məğlub olan Ekvador yığmasının baş məşqçisi Feliks Sançes istefa verib.

Msport.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 48 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin martından Ekvador millisinə rəhbərlik edirdi. O, 2017-2022-ci illərdə Qətər yığmasını çalışdırıb.

Bənzər xəbərlər