featured-image-57669

Futbol üzrə Finlandiya milli komandasının baş məşqçisi Markku Kanerva istefaya göndərilib.

Msport.az Finlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Millətlər Liqasında uğursuz nəticələrdən sonra 60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

B Liqasının 2-ci qrupunu xalsız başa vuran Finlandiya seçməsi C Divizionuna yuvarlanıb.

Qeyd edək ki, Markku Kanerva 2017-ci ildən Finlandiya millisinə rəhbərlik edirdi.

Bənzər xəbərlər