Millinin kapitanı karyerasını bitirdi
Meksika millisinin kapitanı Andres Quardado yığma karyerasını başa vurub.
Msport.az xəbər verir ki, ABŞ millisinə qarşı yoldaşlıq görüşü 38 yaşlı yarımmüdafiəçi üçün sonuncu olub.
Meksika bu qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, A.Quardado millinin heyətində 182 oyunda forma geyinib. O, bu göstəriciyə görə yığmanın rekordçusudur. Yarımmüdafiəçi Meksika millisi ilə 5 dünya çempionatında iştirak edib.