Millinin sabiq baş məşqçisi vəfat etdi
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib.
Msport.az xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb.
B.Yuhansson 1996–2000-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləyib və bu mərhələdə Braziliyaya 2:3 hesabı ilə uduzub. 2000-ci il Avropa çempionatında isə danimarkalılar qrup mərhələsinin hər üç matçında məğlub olaraq pley-offa yüksələ bilməyiblər.
Klub səviyyəsində B.Yuhansson İsveçin “Ester” komandası ilə iki dəfə ölkə çempionu olub. Mütəxəssis həmçinin “Silkeborq”la Danimarka çempionatının qalibi adını qazanıb.







