Millinin sabiq futbolçusu 32 yaşında vəfat etdi
Futbol üzrə Yaponiya millisinin sabiq hücumçusu Masato Kudo vəfat edib.
Msport.az xəbər verir ki, futbolçu beyin əməliyyatından sonra 32 yaşında dünyasını dəyişib.
Forvard oktyabrın 3-də xəstəxanaya yerləşdirilmişdi.
Masato Kudo yığmanın heyətində 4 oyun keçirib və 2 qol vurub. Hücumçu ölkəsində “Kasiva Reysol”dakı çıxışına görə tanınıb.