Millinin sabiq hücumçusu B Seriyasında oynayacaq
İtaliya millisinin və “Torino”nun keçmiş hücumçusu Andrea Belotti B Seriyasında çıxış edən “Modena” ilə müqavilə şərtlərini razılaşdırıb.
Msport.az xəbər verir ki, hazırda azad agent olan 32 yaşlı forvard yeni komandası ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalayacaq.
Təcrübəli oyunçu 2025/2026 mövsümündə “Kalyari”də çıxış edib. Dizindən aldığı zədə səbəbindən matçların böyük hissəsini buraxan hücumçu keçirdiyi 8 oyunda 2 qol vurub.
O, karyerası ərzində ölkəsində “Komo”, “Fiorentina”, “Roma”, “Torino”, “Palermo” və “Albinoleffe”, Portuqaliyada isə “Benfika”nın formasını geyinib.
Qeyd edək ki, A.Belotti İtaliya yığmasında meydana çıxdığı 44 matçda 12 dəfə fərqlənib. “Transfermarkt” portalı futbolçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.







