featured-image-70015

Niderland millisinin sabiq hücumçusu Bas Dost karyerasını başa vurub.

Msport.az xəbər verir ki, bu barədə futbolçu özü məlumaat verib.

O, 36 yaşında peşəkar futbolla vidalaşıb. Dost ötən ilin yayında “Neymegen”dən ayrıldıqdan sonra klubsuz idi.

Qeyd edək ki, Bas Dost “Emmen”in yetirməsidir. Təcrübəli forvard karyerası ərzində “Herakles”, “Herenven”, “Volfsburq”, “Sportinq”, “Ayntraxt”, “Brügge” və “Utrext”in formasını geyinib. Hücumçu Niderland millisində keçirdiyi 18 rəsmi maatçda 1 qol vurub.

Bənzər xəbərlər