featured-image-67393

Polşa millisinə yeni baş məşqçi təyinatı reallaşıb.

Msport.az xəbər verir ki, Polşa Futbol Assosiasiyasının (PFS) rəsmi saytı vakant posta Yan Urbanın təyin edildiyini açıqlayıb.

“İnanırıq ki, bu təyinat yığmaya öz potensialını tam reallaşdırmağa imkan verəcək. Məqsədimiz DÇ-2026-nın final hissəsinə vəsiqə qazanmaqdır. Məşqçiyə uğurlar arzulayıram və onu əmin edirəm ki, o, mənim və bütün idarə heyətinin tam dəstəyinə arxalana bilər”, – PFS prezidenti Sezari Kuleşa açıqlamasında belə deyib.

Urban bundan əvvəl də Polşa millisində çalışıb: o, 2007-ci ilin noyabrından 2008-ci ilin iyununa kimi baş məşqçinin köməkçisi olub. 63 yaşlı mütəxəssisin son iş yeri bu ilin aprelində tərk etdiyi “Qornik” olub.

Qeyd edək ki, Yan Urban Polşa millisinin baş məşqçisi postunda Mixal Probyersi əvəz edəcək. Urbanın sələfi komandanın qeyri-qənaətbəxş nəticələrindən və komandanın kapitanı Robert Levandovski ilə münaqişədən sonra istefa verib. “Barselona”nın forvardı Probyers rəhbərlik etdiyi müddətdə ölkəsinin millisində oynamaqdan imtina etmişdi.

Bənzər xəbərlər