Millinin yeni baş məşqçisi açıqlandı - RƏSMİ
Serbiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bu barədə Serbiya Futbol Assosiasiyası məlumat yayıb.
Komanda Velko Paunoviçə həvalə olunub. Draqan Stoykoviçi əvəzləyən 48 yaşlı serb mütəxəssislə imzalanan müqavilənin təfərrüatları açıqlanmayıb.
Paunoviçin son iş yeri bu ilin oktyabrında tərk etdiyi “Real Ovyedo” olub. O, komandanı La Liqaya çıxara bilsə də, 2025/26 mövsümünə uğursuz start verib.
Qeyd edək ki, Serbiya millisi 6 turdan sonra DÇ-2026-nın seçmə mərhələsində 10 xal toplayıb və öz qrupunda 3-cü yerdədir.








